Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi Türkiyədə hotelçilik və gəmiçilik sahələri
üzrə 470-dən çox vakansiya barədə elanı təqdim edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarının qlobal tendensiyalarını və vətəndaşların artan maraqlarını nəzərə alaraq, xarici ölkələrdə rəsmi və təhlükəsiz iş imkanları barədə məlumatlandırma və bu vakansiyalar üzrə işlə təminata dəstək prosesinə başlayır.
Agentlik etibarlı tərəfdaş qurumlar tərəfindən təqdim olunmuş, rəsmi yoxlamadan keçirilmiş və yalnız qanuni, təhlükəsiz və müqavilə ilə tənzimlənən xarici iş imkanları barədə elanları təqdim edir.
Bu iş elanlarına qardaş Türkiyədə mövcud olan və 18-50 yaş arası şəxslər üçün nəzərdə tutulan aşağıdakı vakansiyalar daxildir:
Xaricdə işləmək üçün seçilərək yola salınanların nəqliyyat, xaricdə qalma xərcləri qarşılanacaq.
Bu layihədə əsas məqsəd vətəndaşların xaricdəki rəsmi, təhlükəsiz iş imkanları barədə məlumatlanmasını, rəsmi əmək miqrasiyası imkanları barədə doğru, yoxlanmış, şəffaf informasiya əldə etmələrini təmin etməkdir.
Həmçinin layihə vətəndaşların qeyri-rəsmi vasitələrlə xaricdə iş axtarışından irəli gələn risklərdən, sui-istifadə hallarından qorunmasına, əmək bazarında beynəlxalq təcrübə qazanmaq istəyənlərə qanuni kanallar yaradılmasına hədəflənib.
Qeyd edilən vakansiyalar barədə məlumat almaq istəyənlər Agentliyin rəsmi internet səhifəsinə, “142” Çağrı Mərkəzinə, DOST Mərkəzlərinə və müvafiq regional məşğulluq filiallarına, həmin iş yerlərində işləmək istəyənlər isə CV-ləri ilə qurumun xaricdeish@sosial.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.