Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və "ABC-TELECOM" MMC-nin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.
 

Aktiv məşğulluq tədbiri Agentliyin Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin  inzibati binasında keçirilib. Yarmarkada satış məsləhətçisi üzrə vakansiyalar təqdim olunub.
 

Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.