Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin iştirakçıları arasında görüş olub.
40-dan çox xanım sahibkarın iştirak etdiyi görüşdə İdarə Heyətinin sədri Sadiq Əliyev Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, özəl sektordan olan işəgötürənlərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərilir. Həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb, xanım sahibkarların sualları cavablandırılıb.
Qeyd edək ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə icra olunur.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz