Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov və Agentliyin Beynəlxalq əlaqələr və layi̇hələr departamentinin Beynəlxalq tərəfdaşlıq şöbəsinin müdiri Aygün Mehrəliyeva Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) və Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Bosniya və Herseqovina Respublikasının Sarayevo şəhərində keçirilmiş Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) 2026-cı il Avropa Regional Konfransında iştirak ediblər.
“Dövlət məşğulluq xidmətləri üçün bacarıqların gücləndirilməsi: Transformasiya olunan əmək bazarında çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda Aygün Mehrəliyeva “Dövlət Məşğulluq Xidmətlərinin Rəqəmsal Transformasiyası: məlumatlara əsaslanan və vətəndaş mərkəzli məşğulluq xidməti modelinin qurulmasında Azərbaycan nümunəsi” mövzusunda çıxış edib. O, Agentliyin məşğulluq sahəsində həyata keçirdiyi rəqəmsal layihələr, o cümlədən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS), Məzunların Məşğulluq Reytinqi Platforması, Mərkəzi Karyera Portalı və digər rəqəmsal xidmətlər barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində dövlət məşğulluq xidmətləri, işəgötürənlər və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, bacarıqların tanınması və sərhədlərarası əmək mobilliyi sahəsində qabaqcıl təcrübələr üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Agentlik 2007-ci ildən WAPES-in üzvüdür və 2025–2028-ci illər üzrə Avropa regionu üzrə təşkilatın İdarə Heyətinə üzv seçilib.