Valideyn İnkişaf Platformasının iştirakçıları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə həyata keçirilən Valideyn İnkişaf Platforması layihəsinin iştirakçısı olan valideynlər və onların övladları ilə Quba rayonunda görüş keçirilib.

 

39 nəfər valideyn və övladlarının iştirak etdiyi tədbirdə onlar üçün “Özünü tanıma”, “Məqsədlər” və “İxtisas seçimi” mövzularında təlim keçirilib. Təlimlər bitdikdən sonra iştirakçı valideynlər mentorluq proqramına cəlb ediləcəklər.

 

Valideyn İnkişaf Platforması layihəsinin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, onların müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır.