Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentiyinin Mərkəzi Karyera filialı tərəfindən yeni layihəyə - Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilib.
Layihənin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, onların müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır.
Valideyn İnkişaf Platformasına (VİP) qoşulmaqla valideynlər peşəkar spiker və təlimçilərdən dolğun məlumatlar əldə edəcək, əhatə dairələrini genişləndirəcək, tapşırıqlar üzərində işləyəcək və mentor dəstəyindən faydalana biləcəklər. Layihə başa çatdıqdan sonra 1 ay ərzində də valideynlərə mentor dəstəyinin göstərilməsi davam edəcək.
Layihə ödənişsizdir. Onlayn formatda baş tutacaq platformaya seçilmiş pilot rayonlardan - Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndən öyrəndiklərini öyrətməyə həvəsli, 6-cı sinifdən yuxarı yaşda övladı olan valideynlər müraciət edə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/UD6LcXkz6fevVyiY6