Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Valideyn inkişaf platforması” layihəsində iştirak üçün yenidən qeydiyyat başlayıb.
Daha əvvəl Quba-Xaçmaz və Şirvan-Salyan iqtisadi rayonlarında icra olunmuş layihə bu dəfə Mil-Muğan iqtisadi rayonunu əhatə edəcək.
Layihənin məqsədi ixtisas seçimi zamanı şagirdlərin valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, eləcə də onları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, öz maraq və meyillərinə uyğun sahələrə yönəlmələrinə dəstək olmaqdır.
Layihə iki ay davam edəcək və iştirakçılara həftədə bir dəfə təlimlər keçiriləcək, həmçinin mentor dəstəyi göstəriləcək.
Qeydiyyat üçün son tarix: 25.08.2025
Qeydiyyat linki: https://survey.sosial.gov.az/index.php/245124?lang=az
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz