Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi “Karyera körpüsü” layihəsi çərçivəsində “Karyera düşərgəsi”nə başlanıb.
Layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin yuxarı sinif şagirdləri və məzunlarının əmək bazarına hazırlıqlı olmalarına, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, gələcəkdə uğurlu karyera qurmalarına dəstəyin göstərilməsidir.
5 gün davam edəcək düşərgə müddətində iştirakçılar üçün motivasiya, özünüdərketmə, əmək bazarı, karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarə olunması mövzularına dair interaktiv təlimlər təşkil olunacaq. Onlar həmçinin CV hazırlanması, iş müsahibəsinə hazırlıq və süni intellektin əmək bazarına təsiri kimi mövzuları əhatə edən təlimlərə, mədəni-əyləncəli proqramlara cəlb ediləcək.
Qeyd edək ki, “Karyera körpüsü” layihəsi çərçivəsində iştirakçılar üçün iki ili əhatə edən fərdi inkişaf planları hazırlanacaq. Onlara karyera və peşəyönümü məsləhəti xidmətləri göstəriləcək və məşğulluq imkanlarının genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək.