Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzində Gəncə-Daşkəsən Regional Məşğulluq Filialı, Gəncə şəhər İcra Hakimiyyəti, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi və “Holcim” ASC-nin birgə təşkilatçılığı ilə “USTA mənəm! - ilin ən yaxşı ustası” adlı peşə müsabiqəsi keçirilib. Müsabiqədə Gəncə şəhəri və ətraf rayonlardan olan podratçı tikinti şirkətlərinin hörgü ustaları iştirak edərək öz peşə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin açılış mərasimində çıxış edənlər bildiriblər ki, müsabiqə gənclərin əmək bazarına uyğunlaşdırılması, praktiki bacarıqlarının inkişaf etdirilməsi, ixtisaslı kadrların stimullaşdırılması və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Gəncə Peşə Hazırlığı Mərkəzinin bu tədbirin təşkilində iştirakı Agentliyin peşə istiqamətinə verdiyi önəmi və ixtisaslı kadr hazırlığına göstərdiyi diqqəti bir daha nümayiş etdirir.
Yarışda iştirak edən 25 usta əvvəlcədən təqdim olunmuş layihəyə əsasən, birincilik uğrunda mübarizə aparıblar.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz