Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində “Həmrəylik günü hamı üçün” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyəti və “Ballı” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş və dövlət himayəsinə ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
Bayram tədbirinə uşaq evləri və sığınacaqlarından ümumilikdə 250 uşaq qatılıb. Animatorlar, Şaxta baba və digər personajların iştirakı ilə hazırlanmış əyləncəli proqram, oyun və yarışlar, eləcə də hədiyyələr uşaqlara əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.