Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə UNEC-də Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib. Dövlət və özəl sektorların rəhbər şəxsləri, işəgötürənlər, yerli və xarici ekspertlər, elm adamları və digər qonaqların iştirak etdiyi forumda DMA-nı Agentliyin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə təmsil edib.
Açılış nitqi ilə çıxış edən UNEC-in tədris üzrə prorektoru, dosent Gəray Musayev forumun məqsədinin universitetlərlə işəgötürənlər arasında əməkdaşlığı gücləndirmək və gənclərin əmək bazarına hazırlığını artırmaq olduğunu deyib. Prorektor müasir ali təhsilin əsas hədəfinin tələbələri yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlar və çevik düşüncə ilə iş həyatına hazırlamaq olduğunu vurğulayıb.
DMA-nın İdarə Heyətinin sədr müavini Ramal Quluzadə forumun əhəmiyyətinə diqqət çəkərək universitet-iş dünyası əməkdaşlığının məzunların məşğulluğu və onların əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirib.
Forumda çıxış edən digər natiqlər universitet məzunlarının əmək bazarına çıxış imkanlarının genişlənməsində ali təhsil müəssisələri ilə işəgötürənlərin qarşılıqlı sıx əməkdaşlığının vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra forum hibrid formada panel müzakirələrlə davam edib. Panellərdə əsas müzakirə mövzuları “Təhsil və karyera uyğunluğu – universitetlər və işəgötürənlər arasında dialoq”, “Şəbəkələşmə və təcrübə mübadiləsi”, “Əmək bazarında inklüzivlik və əlçatanlıq”, “Gündəlik iş prosesində süni intellekt alətlərindən istifadə”, “İnsanların idarə edilməsi və motivasiya tədbirləri” və “Gənclərin iş dünyasına hazırlığında karyera mərkəzlərinin rolu” olub.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz