Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının nümayəndələri (WAPES) arasında növbəti il üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib.

 

Görüşdə növbəti il üçün qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması və məlumat mübadiləsinin davamlı şəkildə həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Həmçinin görüşdə Agentlik tərəfindən Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının öz üzvlərinə müxtəlif kateqoriyalar üzrə xüsusi mükafatlar yaradılaraq təqdim etməsi təklifi irəli sürülüb. Təşkilatın nümayəndələri bu təşəbbüsü müsbət qarşılayaraq müzakirəyə çıxarılacağını bildiriblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz