“Ümid atelye” sosial sahibkarlıq müəssisəsinin açılışı olub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sosial müəssisələr” layihəsi çərçivəsində ikinci sosial sahibkarlıq müəssisəsinin – “Ümid atelye”nin açılışı olub.

 

Agentliklə “Holcim Azərbaycan” ASC-nin əməkdaşlığı çərçivəsində Bakının Qaradağ rayonunda yaradılmış müəssisə rayon ərazisində yaşayan aztəminatlı xanımların məşğulluğunun və iqtisadi fəallığının artırılmasına xidmət edir. Hazırda burada 10 nəfər qadın çalışır.

 

Açılış tədbirində Agentliyin və “Holcim Azərbaycan” ASC-nin rəhbər şəxsləri müəssisənin fəaliyyəti ilə tanış olublar.

 

Qeyd edilib ki, atelyedə fəaliyyət göstərən benefisiarlar ilkin mərhələdə biznes plan və praktiki peşə hazırlığı üzrə təlimlərə cəlb olunublar. Daha sonra isə Agentlik tərəfindən onlara müəssisədə dərzilik fəaliyyəti ilə məşğul olmaları üçün zəruri avadanlıqlar verilib.

 

Müəssisədə tekstil məhsullarının istehsalı və topdansatışı həyata keçiriləcək.

 

Atelyedə çalışan və azyaşlı övladı olan xanımların iş şəraitini asanlaşdırmaq məqsədilə mərkəz daxilində bağça tipli sahə də ayrılıb.

 

“Ümid atelye” müəssisəsi Qaradağ rayonu, Ümid qəsəbəsində "Holcim" şirkətinin Gənclərin İnkişafı Mərkəzində yerləşir.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz