Ucarda vətəndaş qəbulu baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu dəfə Ucar rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda işlə təminat, peşə hazırlığı, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. M.Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlər üzrə sualları cavablandırıb.

 

Araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.