Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfər ediblər.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış 2026–2027-ci illər üzrə Tədbirlər Planının icrası çərçivəsində həyata keçirilmiş səfər aktiv məşğulluq tədbirləri, peşə hazırlığı və işsizlikdən sığorta sistemləri üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin bu istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində Türkiyə İş Qurumu Baş İdarəsində (İŞKUR) görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyə arasında məşğulluq xidmətləri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə fəaliyyətlərin həyata keçirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Eşqin Bayramov ölkəmizdə həyata keçirilən aktiv məşğulluq tədbirləri, işəgötürən və işaxtaranlara göstərilən xidmətlər, eləcə də işsizlikdən sığorta sistemi barədə məlumat verib. İŞKUR tərəfindən də müvafiq təqdimatlar edilib.
Azərbaycanın nümayəndə heyəti, həmçinin İŞKUR-un Sincan Xidmət Mərkəzini ziyarət edib. Mərkəzdə vətəndaşlara göstərilən məşğulluq xidmətləri, iş və peşə hazırlığı kursları, eləcə də məşğulluq xidmətlərinin təşkili prosesi ilə tanışlıq olub.