Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTürkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.
Səfərin məqsədi bu il keçirilməsi nəzərdə tutulan Türk Dünyası Məşğulluq Forumu ilə bağlı müzakirələrin aparılmasıdır.
Səfər çərçivəsində nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində olub və müxtəlif struktur bölmələrlə görüşlər keçirilib.
Qonaqlara Agentliyin fəaliyyəti, cari il üzrə planlaşdırılan işlər və hədəflər barədə məlumat verilib, dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Daha sonra Türk Dünyası Məşğulluq Forumunun gündəliyi, panellər və tədbirdə müzakirə ediləcək mövzularla bağlı fikir mübadiləsi aparılıb.