Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə 25-dən çox turizm subyektinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Bakı Peşə Hazırlığı Mərkəzinin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Skal İnternational Bakı Turizm Peşəkarları Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə Bakı Peşə Hazırlığı Mərkəzinin 175 prioritet istiqamət üzrə həyata keçirdiyi peşə hazırlığı kursları, sahibkarların kadr ehtiyacının qarşılanması üçün görülən işlər və əməkdaşlıq imkanları barədə təqdimat edilib.
Turizm sahəsinin nümayəndələri isə iqtisadiyyatın bu sahəsinin böyük əmək tutumuna malik olduğunu və ixtisaslı kadrlara ehtiyacın daim artdığını bildiriblər. Əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayan turizmçilər bu sahədə əmək bazarının tələbləri və işəgötürənlərin gözləntiləri barədə məlumat veriblər.
Sonda isə turizm subyektlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.