Tovuzda SALOĞLU fərdi firması ilə birgə yarmarka təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu dəfə Tovuz rayonunda əmək yarmarkası təşkil edilib.

 

Qazax-Tovuz Regional Məşğulluq filialı və SALOĞLU fərdi firması ilə birgə təşkil edilən tədbirdə 570 vakansiya təqdim edilib.

 

Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.