Tovuzda keçirilən əmək yarmarkasında 88 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu dəfə Tovuz rayonunda əmək yarmarkası təşkil edilib.

 

Qazax-Tovuz Regional Məşğulluq filialının keçirdiyi tədbirdə 9 işəgötürən tərəfindən 88 vakansiya təqdim edilib.

 

Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.