Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Tələbə İnkişaf Platformasi” (TİPx) çərçivəsində “Süni intellektin iş və enerjinin gələcəyinə təsiri” adlı konfrans keçirilib.
Bakı Ali Neft Məktəbi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutan konfransda 300-dən çox tələbə iştirak edib.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, və ADA Universitetinin dosenti, süni intellekt üzrə ekspert Samir Rüstəmov süni intellektin sənaye sahələrində, xüsusilə enerji sektorunda yaratdığı yeni imkanlar, əmək bazarında səbəb olduğu dəyişikliklər barədə məlumat veriblər.
Süni intellekt texnologiyalarının əmək bazarına təsiri, bu sahədə baş verən transformasiyalar və gələcək peşə bacarıqlarına qoyulan tələblər geniş şəkildə təhlil edilib. Daha sonra tələbələrin sualları cavablandırılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz