TİPx: Rəqəmsal gələcək" adlı konfrans keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Tələbə İnkişaf Platforması (TİP) çərçivəsində 22 iyunda “TİPx: Rəqəmsal gələcək" adlı konfrans keçiriləcək.

  

Konfransın məqsədi tələbələrə karyera planlaması, əmək bazarının tələbləri, tələbəlik illərini faydalı dəyərləndirməyin əhəmiyyəti, iş həyatında diqqət edilməli məqamlar, biznes qurmağın yolları, müasir dövrdə tələb, təklif arasındakı uyğunluq barədə məlumat verməkdir.

 

Tədbirin mövzuları:

 

-Süni intellekt və gələcəyin iş modelləri

-Multi-bulud sistemlərində kibertəhlükəsizlik problemləri

-Proqramlaşdırma, mövcud fürsətlər və gələcək perspektivlər

-Biznes sektorunda rəqəmsal transformasiya

-Rəqəmsal layihənin idarə edilməsi

 

Konfrans Azərbaycan-Fransız Universitetində baş tutacaq. Tədbirə tələbələr, yeni məzunlar və gənclər qatıla bilərlər.

 

Keçirilmə tarixi: 22 iyun, 15:00

 

Qeydiyyat linki: https://forms.gle/qxcBA9PDJG5BKkyh9