“TİPx: Karyera planlaması niyə mühümdür?” adlı konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Karyera planlaması niyə mühümdür?” adlı konfans keçirilib.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirin məqsədi karyera planlamasının əhəmiyyəti və faydaları, karyera məqsədlərinin düzgün təyin edilməsi, şəxsi və peşəkar məqsədlərin balanslaşdırılması kimi mövzularla bağlı tələbələri maarifləndirmək olub.

 

Tədbirdə çıxış edən qonaqlar gənclərin müasir əmək bazarında rəqabətə davamlı olmaları və insan potensialının formalaşması baxımından bu cür tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.

 

Daha sonra konfransın spikerləri karyera planlaması mövzusunda çıxış edib, tələbələrin suallarını cavablandırıblar.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz