Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: İnklüziv cəmiyyəti necə formalaşdıraq?” konfransı keçirilib.
Ümumilikdə 50-dən artıq tələbənin qatıldığı konfransda açılış nitqi ilə universitetin elmi işlər üzrə prorektoru Lətafət Qardaşova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev çıxış ediblər. Onlar çıxışlarında inklüziv cəmiyyətin əsas prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin 10-cu müddəası olan bərabərsizliyin azaldılması müddəalarına diqqət çəkiblər.
Sosial sahibkar, “DanceAbility Azerbaijan” - İnklüziv Rəqs Şirkəti və Təlim Mərkəzinin təsisçisi Nigar Sultanova, ADPU-nun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Regional İnkişaf İctimai Birliyinin İnklüziv təhsil proqramları üzrə eksperti Gülşən Eminova, BMT İnkişaf Proqramının Peşə təhsili üzrə koordinatoru Zəhra Əmrahova, Sosial antropoloq Ayxan Mehdizadə konfransın spikerləri qismində çıxış ediblər.
Konfransda daha sonra tələbələri maraqlandıran suallar peşəkarlar tərəfindən cavablandırılıb.