“TİPx 17: İncəsənət niyə mühümdür?” konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 17: İncəsənət niyə mühümdür?” konfransı keçirilib.

 

Ümumilikdə 100-ə yaxın tələbənin qatıldığı konfransın spikerləri Əməkdar mədəniyyət işçisi Rahib Azəri, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, kinorejissor və kinoşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi Ayaz Salayev, sənətşünas-bloger Təyyubə Heydərova olub.

 

İncəsənət sahəsində təhsil alan tələbələrin iş imkanları, bu sahədə əmək bazarında mövcud fürsətlər, dövlət dəstəyi kimi mövzularda fikir mübadiləsi aparılıb. Konfransın sonunda tələbələrin sualları cavablandırılıb.