“Tələbə İnkişaf Platforması” (TİP) çərçivəsində növbəti konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİP) çərçivəsində növbəti “TİPx 3: İdeyam var” adlı konfrans keçirilib.

 

ADA Universitetinin açıq hava auditoriyasında baş tutan konfransda müxtəlif ali təhsil ocaqlarında təhsil alan 75 tələbə iştirak edib.

 

Agentliyin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev və Mərkəzi Karyera filialının rəhbəri Toğrul Ələkbərov karyera planlaması istiqamətində Agentliyin hazırda həyata keçirdiyi layihələr və görülməsi nəzərdə tutulan işlər, eyni zamanda, əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlar barədə məlumat veriblər.

 

Biznes ideyaları olan tələbələri motivasiya etmək, onların bu istiqamətdə olan suallarına cavab tapmasına vasitəçilik etmək üçün keçirilən tədbirdə spikerlər ənənəvi və sosial sahibkarlıq, start up, biznes sahəsinin görünməyən tərəfləri  mövzusunda interaktiv çıxışlar edib, tələbələrin suallarını cavablandırıblar.