Tibb müəssisələrində kadr potensialının artırılması üçün əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və TƏBİB arasında tibb müəssisələrində kadr potensialının artırılması mövzusunda görüş keçirilib. Görüşdə hər iki qurumun nümayəndələri əməkdaşlıq perspektivlərini, ortaq layihələrin icrasını və birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

 

Görüşdə əməkdaşlığın əmək bazarında balansın qorunmasına və işaxtaranların müvafiq iş imkanları ilə təmin olunmasına töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, hər iki qurumun birgə səyləri ilə ölkə üzrə işsiz və işaxtaranlar üçün perspektiv imkanların yaradılması, tibbi və qeyri-tibbi heyət üçün təlim proqramlarının hazırlanması və onların peşə bacarıqlarının artırılmasına nail olmaq mümkündür. Qeyd edilib, vətəndaşların məşğulluq imkanlarının artırılması məqsədilə əmək bazarında mövcud olan tələb və təklif əsasında təlim proqramları hazırlanır.  

 

Daha sonra TƏBİB-in yeni dövr Azərbaycan səhiyyəsi üçün gördüyü işlər, müasir strateji yanaşmaları və fəaliyyət istiqamətləri barədə məlumat verilib, qurumlararası sıx əməkdaşlığın ölkə üzrə məşğulluq səviyyəsinin dinamikasına, o cümlədən dövlət tibb müəssisələrində kadr potensialının gücləndirilməsinə və yüksək peşəkarlığın artırımasına təsir edəcəyini xüsusi vurğulanıb.

 

Görüşdə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımların region xəstəxanalarının kadr ehtiyacının qarşılanmasına da dəstək olacağı xüsusi vurğulanıb.