Tərtər və Ağcabədidə “Məşğulluğa Dəstək Layihəsi”nə dair ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Tərtər və Ağcabədi  rayonlarında ictimai dinləmələr keçiriləcək.

 

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmələr Tərtər rayonunda aprelin 27-də saat 14:00-da Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının inzibati binasında, Ağcabədi rayonunda isə aprelin 28-də saat 11:00-da Bayraq muzeyində keçiriləcək.