Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti “TİPx 9: Sərhəddən kənarda” adlı konfrans keçirilib.
Konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 158 tələbə, Agentliyin rəsmiləri və ekspertlər iştirak edib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev və Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri Anar Osmanlı çıxış edərək əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlar barədə məlumat veriblər.
Daha sonra konfransın spikerlərinin "Dövlət Proqramı çərçivəsində xaricdə təhsil", "Yerdən 7495 m yüksəkdə", “Beynəlxalq layihə və təqaüdlərin açdığı qapılar”, "Kim deyir ki, olmaz?" mövzusunda çıxışları böyük maraqla dinlənilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti tədbirin apreldə keçirilməsi nəzərdə tutulur.