Tələbələr üçün “TİPx 10: Naxçıvan” konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı və Naxçıvan Universitetinin birgə əməkdaşlığı ilə “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “TİPx 10: Naxçıvan” konfransı keçirilib.

 

Konfransda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan 200-dən çox tələbə, müəllim heyəti, rəsmilər və ekspertlər iştirak edib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Kamil Bayramlı və Naxçıvan Universitetinin rektoru Anar Kazımov çıxış edərək əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlar barədə məlumat veriblər.

 

Daha sonra konfransın spikerləri tərəfindən karyera planlaması, əmək bazarına uyğunlaşma, gələcəyin bacarıqları və digər mövzularda təqdimatlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.