Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə əmək yarmarkaları keçirilib.
Universitetlərin tələbə və məzunları üçün təşkil edilən yarmarkalarda ümumilikdə 69 işəgötürən iştirak edib və 561 vakansiya təqdim edilib.
İlk olaraq tədbirlərdə universitetlərdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışılıb, bu tip tədbirlərin məzunların və tələbələrin əmək bazarına daxil olması, öz karyeralarını qurması üçün böyük əhəmiyyət daşıdığı qeyd edilib.
Məzunlar müəssisələrin stendlərinə yaxınlaşıb, təklif edilən vakansiyalar və vakansiyalara dair tələblərlə tanış olublar, uyğun namizədlərin CV-ləri qəbul edilib.
Yarmarkalarda iştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, gənclərə yönəlmiş layihələr barədə də məlumat verilib.