“TİPx 17: Niyə incəsənət mühümdür” konfransı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 26 aprel tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 17: İncəsənət niyə mühümdür” konfransı keçiriləcək.

 

Konfransın spikerləri Əməkdar mədəniyyət işçisi Rahib Azəri, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, kinorejissor və kinoşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi Ayaz Salayev, sənətşünas-blogger Təyyubə Heydərova olacaq.

  

Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

Son qeydiyyat tarixi: 26 aprel 

 

Qeydiyyat linki: https://forms.gle/PcAwMPKYMCZ4beASA

 

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı şəhəri, İnşaatçılar prospekti 39)