“Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində Naxçıvanda tələbələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən icra olunan “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində Naxçıvanda tələbələrlə görüş keçirilib.

 

Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil olunan görüşdə ümumilikdə 110 tələbə iştirak edib.

 

Agentlik əməkdaşları tərəfindən seminarda “Karyera planlaması”, “Əmək bazarı dəyərimizi necə artıraq?”, “Gələcəyin bacarıqları” kimi mövzularda təqdimatlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Görüşdə həmçinin tələbələrə Mərkəzi Karyera filialının fəaliyyəti, “Alo Karyera” dəstək xidməti və “CV yarat” platforması barədə də məlumat verilib.