Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “İrəliləyİş” layihəsi çərçivəsində start verdiyi təcrübə proqramı başa çatıb.
Təcrübəçilər 3 ay müddətində peşəkar mentorların təlimlərində iştirak edərək, Agentlikdə real iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Təcrübə proqramının yekununda iştirakçılara Agentliyin İdarə Heyətinin sədr müavinləri Nihad Muxtarlı və Cəmaləddin Quliyev tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təcrübə proqramında təhsilini son 3 ildə tamamlayan məzunlar və hazırda magistr pilləsində təhsil alan, analitik düşünmə bacarığına malik, operativ və məsuliyyətli gənclər iştirak edib. Müraciət edən şəxslər ilk olaraq test mərhələsinə, daha sonra isə müsahibəyə cəlb olunublar. Hər iki mərhələni uğurla başa vuran gənclər Agentlikdə 3 aylıq təcrübə proqramında iştirak ediblər. Proqram müddətində fərqlənən iştirakçıların işlə təminatına dəstək göstəriləcək.