Şuşaya köçürülmüş sakinlərdən 637 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 637 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

 

Onlardan 625 nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 12 nəfər isə peşə kurslarına cəlb edilib.

 

Hazırda Şuşa şəhərində daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.