Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.
 

Onlardan 587 nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.
 

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.