Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə birgə növbəti əmək yarmarkası Sumqayıt şəhərində keçirilib.
Yarmarkada 20-dən çox müəssisə əsasən xidmət, istehsal, tikinti və s. sahələrdə 120-dən çox vakansiya ilə iştirak edib.
Tədbirdə vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.
Bu aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.
İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilib.