Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkalarının təşkili prosesi davam etdirilir.
Budəfəki yarmarkalar Abşeron-Xızı və Qarabağ Regional Məşğulluq filialları tərəfindən Sumqayıt və Ağdamda baş tutub.
Aktiv məşğulluq tədbirlərində 35 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 312 vakansiya təqdim edilib. Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, aqrar, səhiyyə, emal, tikinti materiallarının satışı, nəqliyyat və təhsil sahələri üzrə olub.
Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.