Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Sumqayıt Dövlət Texniki Kollecinin dəstəyi ilə SDU-nun tələbə və məzunları üçün əmək yarmarkası keçirilib.
Aktiv məşğulluq tədbirində millət vəkilləri Hicran Hüseynova və Mehriban Vəliyeva, həmçinin SDU-nun və Abşeron-Xızı Regional Məşğulluq filialının rəhbər şəxsləri, işəgötürənlər, tələbələr iştirak ediblər.
Tədbirin açılışında çıxış edən SDU-nun rektoru Əminağa Sadıqov yarmarkanın əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər tələbə və məzunların karyera imkanlarının genişləndirilməsində və ixtisaslarına uyğun işlə təmin olunmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Abşeron-Xızı Regional Məşgulluq filialının müdiri Əbdül Bayramov qeyd edib ki, bu kimi yarmarkalar ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Aktiv məşğulluq tədbirində tələbə və məzunlara 40 müəssisə tərəfindən 200-dən çox vakansiya təqdim olunub.
Müraciət edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bununla yanaşı, tədbirdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında da məlumat verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz