Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduLayihə çərçivəsində 8 startap komandasının işsiz üzvləri
lazımi avadanlıqlarla təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və “SABAH.HUB” İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Startaplara dəstək” layihəsi başa çatıb.
Layihə çərçivəsində İnkubasiya Mərkəzləri tərəfindən təqdim edilən layihələr qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirilib və təhsil, hüquq, kənd təsərrüfatı və s. sahələri əhatə edən seçilmiş startaplara özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verilib.
Layihə iştirakçıları “Ecoprint”, “Abroadventure”, “SchoolPlus”, “E-Legal”, “Supply Chain Community”, “Ekinchi”, “Metatesk” və “Recepta” startap komandalarının üzvləri olub.
Layihənin məqsədi yeni yaranan elektron şirkətlərin – startapların dəstəklənməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun azaldılmasına dəstək göstərmək olub.