Dövlət Məşğulluq Agentliyi son iki həftədə daha 595 şəxs üçün peşə kursları təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son iki həftə ərzində daha 595 şəxs üçün peşə hazırlıq kursu təşkil edilib.

 

Onlardan 290 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 305 nəfəri üçün özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.

 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ərzaq və qeyri-ərzaq mallarının satıcısı, mühasib, sosial media mütəxəssisi, tikiş avadanlıqlarının operatoru, tikişçi, aşpaz, dərzi, elektrik qaz qaynaqçısı, bərbər-vizajist-manikürçü, frontend developer və s. peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

 

Kursların sonunda məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.