Son bir ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən 55 mindən çox qadın münasib işlə təmin olunub

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

 

Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların məşğulluq imkanlarının artırılmasıdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq, 2024-cü ildə 55 mindən çox qadın münasib işlə təmin olunub.

 

Özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bu proqram üzrə ötən il daha 7,4 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.

 

Aktiv məşğulluq tədbirlərinin digər mühüm istiqaməti olaraq, son bir ildə 10 minədək qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib.

 

Aparılan işlər qadınların əmək bazarında iştirak səviyyəsinin getdikcə  artmasına imkan verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faizdir.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz