Son bir həftədə 780 şəxs peşə hazırlığına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftə ərzində daha 780 şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

 

Onlardan 211 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 569 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. 

 

İşəgötürənlərlə əməkdaşlıq şəraitində və əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur.

 

 Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.