Son bir həftədə 170-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesini davam etdirir.

 

Son bir həftədə 170-dək işsiz və işaxtaran şəxsə Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan, özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan “Məşğulluğa Dəstək Layihəsi” üzrə mal və materiallar formasında aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar qurulub.

 

Həmin şəxslər biznes planlarına uyğun olaraq aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını qurublar.

 

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz