Özünüməşğulluq proqramı çərçivəsində son bir ayda daha 2581 nəfər kiçik biznesini qurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

 

Son bir ay ərzində daha 2581 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.

 

Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar.

 

Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.