Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ilin 6 ayı ərzində əlilliyi olan 7249 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.
Onlardan 2853 şəxs münasib işlərlə təmin edilib, 762 şəxs isə öz kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə təlimlər təşkil edilib. Təlimləri başa vuranlara seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlər təqdim olunur.
Cari ilin ilk yarımilində əlilliyi olan 213 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Bu kateqoriyadan olan 3421 şəxsə isə peşəyönümü məsləhət xidməti göstərilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz