Sloveniyanın Məşğulluq Xidməti ilə aktiv məşğulluq tədbirləri mövzusunda vorkşop keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Sloveniyanın Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyi yanında Məşğulluq Xidməti arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində iki qurumun əməkdaşlarının iştirakı ilə onlayn vörkşop keçirilib.

 

“Sloveniya və Azərbaycanda məşğulluq xidmətlərinin institusional və tənzimləyici çərçivələri, aktiv məşğulluq tədbirləri haqqında ümumi məlumat” mövzularını əhatə edən vörkşopda hər iki qurumun nümayəndələri təqdimatlarla çıxış edərək görülən işlər barədə məlumat veriblər. Müzakirələr zamanı bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Qeyd edək ki, Fəaliyyət Planı çərçivəsində qurumlararası qarşılıqlı səfərlər, məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulub.