Siyəzən rayonunda əmək yarmarkası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzi Siyəzən Nümayəndəliyinin dəstəyi ilə Siyəzən rayonunda əmək yarmarkası təşkil olunub.

 

Tədbirdə işsiz və işaxtaran şəxslərə rayon üzrə 8 müəssisə tərəfindən 124 vakansiya təqdim edilib.

 

Təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq uyğun vətəndaşlarla iş aparılıb. Cəlb edilən şəxslər arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. 

 

Yarmarkada ilk dəfə olaraq peşə hazırlığını həyata keçirən özəl müəssisələrin müraciət edən şəxslərlə birbaşa müsahibəsi təşkil edilib. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.