Silahlı Qüvvələr Günü ilə əlaqədar şəhid uşaqları üçün tədbir təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Vətən müharibəsi şəhidlərinin övladları üçün tədbir təşkil edilib.

 

Belə ki, uşaqlar Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı olan Kinderland-də müxtəlif peşələrlə tanış olublar, oyunlar oynayıblar.

 

Tədbirdə həmçinin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən uşaqlara peşələrlə bağlı məlumat verilib.