Şərqi Zəngəzur iqtisadi rayonu üzrə fəaliyyət göstərən işəgötürənlərlə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının əməkdaşları ilə  Şərqi Zəngəzur iqtisadi rayonu üzrə fəaliyyət göstərən bir qrup işəgötürən arasında  görüş keçirilib.

 

Görüşdə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində  işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri haqqında məlumat verilib. Agentliyin bu istiqamətdə gördüyü işlər, o cümlədən işəgötürənlərə dəstək  layihələri barədə ətraflı təqdimat edilib.

 

Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində, işəgötürənlərlə daha sıx əməkdaşlığın qurulması və inkişafı mövzusunda qarşılıqlı fikir mübadiləsi aparılıb.