Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının əməkdaşları ilə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə fəaliyyət göstərən bir qrup işəgötürən arasında görüş keçirilib.
Görüşdə Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri haqqında məlumat verilib. Agentliyin bu istiqamətdə gördüyü işlər, o cümlədən işəgötürənlərə dəstək layihələri barədə ətraflı təqdimat edilib.
Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində, işəgötürənlərlə daha sıx əməkdaşlığın qurulması və inkişafı mövzusunda qarşılıqlı fikir mübadiləsi aparılıb.